Əziyyətlərin övladı Əmrah və Əmraha və onun ailəsinə sarsıdıcı zərbələr endirməkdəm daim həzz alan Nuri kişi. Köhnə filmlərə baxanlar bilərlər bunu. Böyütmək üçün şəkilin üzərinə tıqqıldadın.
Davamına Bax »
Çoxdandı baş qarış, maraqlı şəkilləri yerləşdirə bilmirəm. Bir ikisi əlimə keçdi dedim qoy biraz mırt tutaq
Özünə qəsd etməyin iki yolu
Bloglar arası paslaşmada top mənə gəldi. qaydalara görə mən suallara cavab verməliyəm. Biraz uzun gedəcəyi üçün yazının davamına baxın.
Əvvəla suallara cavab verməmişdən Vüsala təşəkkür edirəm, məni yaddan çıxartmadığı üçün. Suallara mümkün qədər səmimi cavab verməyə çalışacağam. Ya Allah, getdik
Davamına Bax »
Schengen şəhərində bağlanmış müqavilə və sonradan bu müqavilənin bütün Avropa İttifaqına aid edilməsindən sonra ölkələr arasında sərhəd problemi qalmır. Bu yaxınlarda bizə yad olmayan Polşa, Latviya, Litva, Çexiya kimi ölkələr də bu zonaya daxil oldular. Yəni ölkədən ölkəyə keçərkən heç bir yoxlanışdan keçmək lazım deyil. Başa düşməyənlər, bu şəkilə bir fikir versinlər. Almaniya və Avstriya sərhəddi. Orda da yazılıb ki, Almaniyaya Xoş Gəlifsiz
ELə bil Nizami Rayonunnan Nərimanova keçirsən

Kurtlar Vadisi-nin sosialisti Muro və kommunist istehsalı maşını Hacı Murat
Türk liseyində oxuyanlar yəqin ki, coğrafiya müəllimi Murat Əraslanı (Murat Eraslan) tanıyarlar. Tarixdəki emaillərə baxanda, bir emailə rast gəldim. Murat Müəllim Türkiyəli olsa da Azərbaycanı çox sevirdi. Türkiyəyə təyinatı çıxdıqdan sonra, yaman darıxır. Bu yay özüm Gənclik metrosunun yanında gördüm, Türkiyədən uşaqları gətirmişdi gəzməyə. Amma Murad Müəllim dözə bilməyib, hisslərini şerə töküb. Dedim yerləşdirim bura.
CANIM AZERBAYCANIM
Senden ayrıldığım günden beri senle doluyum
Sen orda odlar yurdu ben burda Anadoluyum
Senin taşına toprağına kurban oluyum
Ah benim canım, can Azerbaycanım
Gözümde belirdi perde perde
Ağdaş,Guba,Şeki Berde
Kekik kokan Kafkasların nerde
Ah benim canım, can Azerbaycanım Davamına Bax »
Yadımdadı 9cu sinifdə, Konstitusiya dərsində, sinif yoldaşlarımızdan biri dərs danışırdı. Sonra müəllim belə bir sual verdi ki, 8ci maddədə nə deyilir. Bizim bu uşaq da, eləmə tənbəllik, çaşıb dedi, 8ci maddəyə görə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevdi
Sinif yoldaşımız bir bal aşağı qiymət aldı, amma müəllim tələbə buna doyunca güldük, hələ də yadımıza düşəndə gülürük.
Bugün Azadlıq radiosuna qulaq asanda bu hadisə yadıma düşdü. Bugün Müdaifə Naziri Səfər Əbiyev, Azərbaycan Ordusu adınnan İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü. Ola bilər, İlham Əliyev ən optimal variantdır amma ki ordumuzun siyasətə qarışması heç də xoş hal deyil. Torpaqlarında düşmən gəzən ordu, gedib torpaqlarını almaq əvəzinə siyasiləşməyə başlayıb. Yenə mənə müxalifətçi deyəcəklər, amma mən yenə də öz bildiyimi demək istəyirəm.
Vallah ayıbdı. Hər şeyə göz yummaq olar amma da buna da yox. Bizim ölkəmizin daimi olması üçün, daim ölkəmizi saxlayacaq qüvvələrimiz olmalıdı. Ordumuzun siyasətə qarışması bizim dövlətçilik tariximizə ağır bir zərbədir. Ordunun siyasətə qarışdığı heç bir ölkədə qan kəsilməyib. Ən yaxşı nümünə Türkiyədə belə, ordu zamanı edilmiş çevrilişlər ölkəyə bədbaxtçılıqdan başqa bir şey gətirməyib. Dövlət, başçısınnan asılı olmayaraq, bir sistem halında işləmilidir. Ola bilsin Səfər Əbiyev öz postunu qarantiyalamaq üçün bu cür bəyanət verib amma bilməyinizi istəyirəm ki, belə olan halda Azərbaycan dövlətçiliyi təhlükə altındadır. Gələcək illərdə bizi qan gözləyir.
Unutmayaq ki 8ci maddəsində Azərbaycanın başçısının Prezident olduğunu bildirən Konstitusiyamızın ən birinci maddəsində isə deyilir ki, hakimiyyətin mənbəyi xalqdır. Xaricdə “Stop Armenian Agression” qışqırmaqdansa, ölkə daxilində dövlət rəmzlərimizin pozulmasına icazə verməməliyik. Seçkilərdə mən də İlham Əliyevdən optimal namizəd görmürəm amma hər şey qanun çərçivəsində olarsa Azərbaycanın dövlətçilik ənənəsi güclənmiş olar. Qoy Ordumuz yanlız bir insana yox, bayrağımıza xidmət eləsin.

Ekslüziv Şəkil üçün Maxsuda təşəkkürlər. Ancaq Azərbaycanda seriyasını Ancaq Naxçıvandaya da dəyişmək olar. AL YE DAA! dondurmaları. Amma bunu Al Ye Da Be yazsa idilər də pis olmazdı

Bu günlərdə kimsə Rəsul Quliyevin emailini internetə buraxıb. İndi bilmirəm özü yazıb, ya sonradan elebələ yazıb internetə buraxıblar. Fakt odur ki, informasiya qıtlığında yaşayırıq və kimin doğru kimin yanlış olduğunu deyə bilmirik. Amma məktubu oxuyanda gülməkdən öldüm. Hələ bu yazılara Rəsul Quliyevin bu sözləri Naxçıvan ləhçəsi ilə dediyini əlavə eləsək, həddinnən artıq gülməli çıxar. Amma yenə də deyirəm, oxuyanlar oxuyub, oxumayanlar da indi oxusunlar, Rəsul dayı çox düzgün deyir və hamını necə lazımdı sındırıb. Azərbaycanda müxalifət deyilən şey olmayıb və olmayacaq. Ən əsas səbəb də odur ki, Azərbaycanda hamı güclünün yanındadır. Bugün özlərinə Müxalifət lideri adını götürmüş insanlar isə, içi boş bir kukladan başqa bir şey deyillər. Ömürlük müxalifətdə qalmağa razılıq verib, camaatı döydürməyə aparan “liderlərdən bir şey gözləməyin” və ümumiyətlə Azərbaycanda hakimiyyət dəyişə biləcəyinə inanmayın. Bu qeyri mümkündür. Azərbaycanda stabilliyin pozulmasına heç kim icazə verməz. Bundan əlavə Azərbaycanın demokratikləşməsini Amerika belə istəmir. Çünki Demokratikləşən zaman bir adamın (prezidentin) maraqları yox min adamın maraqları tələb olunacaq. Buna da iri neft şirkətləri, terror təşkilatları, xarici dövlətlərin ölkədəki gizli servisləri də daxildir.
Məktubu istəsəniz oxuyun.
“Nəinki iki gün, heç vaxt partiyanın, ya mənim ruporuma çevrilməməlisiniz, xüsusi ilə partiyanın. Sadəcə olaraq bir də xəbərdarlıq edirəm, Pənah, Arif və bu qəbildən olanlar boş bir şey olduqları üçün onlar sizin qəzetdə görünməməlidirlər, ələ salmaqdan başqa. İsa Qəmbər və ona bənzərlərə yer ayırmaq lazımdır ki, özləri-özlərini ifşa etsinlər. Həsənqulu, ağamalıoğluları (çox güman ki, Qüdrət Həsənquliyevi və Fəzail Ağamalını nəzərdə tutur - E.S.) da danışdırıb ikiüzlülüklərini özlərinə açdırmaq olar. Fazilin ambisiyasından, Rüstəmxanlının şöhrətpərəstliyindən və sair, bu işləri siz qəzetçilər yaxşı bilməlisiniz, istifadə etmək lazımdır. Kimin isə ruporuna açıq-aşkar, həyasızlıqla qoşulsanız həm ruporunuz olduğu adam, həm də qəzet ziyan çəkəcək”.


Vüsal A.G.



